Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən rayonu filiz-mədən sənayesinin mərkəzidir. Rayonda temperatur qış aylarında -5 C-dən -20 C-dək, yay aylarında isə +20 C-dən +35 C-dək daşıyır. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını buraya cəlb edir. Onlar ətraf rayonlardan və Respublikanın paytaxtından ailələri ilə birlikdə bu yerlərə istirahətə gəlirlər. Balıq ovu həvəskarları Zağalı və Zivlən kəndlərindəki Xoşbulaq və Göygöl süni göllərində vaxtlarını çox maraqlı keçirə bilərlər. Xoşbulaq yaylağının alp çəmənlikləri və sərin bulaqları xüsusilə məşhurdur. Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloci qazıntılar ğu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir. Memarlıq abidələrinə misal olaraq Qoşqar çayının üzərindən salınmış iki qədim daş körpünün və Əhmədli kəndindəki məqbərəinin adını çəkmək olar. Rayonun inzibati mərkəzi Daşkəsən şəhəridir. Rayonda xalçaçılıq, metal üzərində döymə, ağac və daş üzərində oyma işi kimi sənət növləri davam edilir. Harada qalmaq olar Şəhərdə mehmanxana, iki qonaq evi və kirayə verilən şəxsi evlər vardır. Mehmanxana və qonaq evoərin ödəniş qiyməti bir nəfər üçün 10.000 manat, şəxsi evlər isə razılaşma yolu ilə. Harada nahar etmək olar «Bahar», «Narzan» iaşə obyektləri qonaqlara lazımı səviyyədə xidmət göstərir.