01.12.2025
28 noyabr 2025-ci il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayon Heydər Əliyev Mərkəzi və rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbir Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası, ictimaiyyətin antikorrupsiya sahəsində maarifləndirilməsi, şəffaflığın və ictimai nəzarətin artırılması məqsədi daşıyıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə RİH-nin əməkdaşları, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxış edərək korrupsiyanın dövlət quruculuğuna və sosial-iqtisadi inkişafa mənfi təsirləri, eləcə də vətəndaşların bu sahədə fəal mövqeyinin əhəmiyyəti barədə danışıblar.
Tədbirdə korrupsiyanın qarşısının alınmasına dair hüquqi baza, şikayət mexanizmləri, şəffaf idarəçilik prinsipləri və etik davranış qaydaları barədə məlumat verilib, mövzu üzrə videoçarx nümayiş olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.