Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncədə Mənsum ibrahimovun 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

05.12.2025

Gəncədə Mənsum ibrahimovun 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi təşkil olunub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, şəhər ictimaiyyəti, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Gecə sənətkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxışlarda Mənsum İbrahimovun zəngin sənət yolu vurğulanıb və yubiley münasibətilə təbriklər səsləndirilib.

Konsert proqramında tanınmış ifaçıların təqdimatında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib.

Sonda sənətkar tədbirin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.