Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə Aşıq Şəmşirin xatirə gecəsi keçirilib

24.05.2024

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə "Musiqi kimliyimiz" layihəsini növbəti dəfə təqdim edib.

Bu dəfə layihə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunub.

Xatirə gecəsində  Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dədə Şəmşirin nəvəsi Cavid Qurbanov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi rəisi Pərvin Kazımov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev,  YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən şəhər sakinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gecədə Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, ustadın Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsindən söz açılıb.

Daha sonra saz-söz sənətkarlarının ifasında Dədə Şəmşirin şeirlərinə bəstələnmiş aşıq mahnıları ifa olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.