Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncədə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

02.07.2026

Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulluğunun nümayəndəsi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əliyeva çıxış edərək “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb. Bildirilib ki, festival müxtəlif xalqların musiqi mədəniyyətlərini bir araya gətirməklə mədəni əməkdaşlığın genişlənməsinə töhfə verir.

Daha sonra festivalın konsert proqramı təqdim olunub. Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında Filarmoniyanın solistləri çıxış edərək tamaşaçılara zəngin musiqi nömrələri təqdim ediblər. Həmçinin qədim İpək Yolu üzərində yerləşən ölkələrdən festivala qatılan musiqiçilərin ifaları səsləndirilib. Göygöl Mahnı və Rəqs Ansamblının çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Festival proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iyulun 3-dək davam edəcək.