Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müstəqilliyimiz daimidir və əbədidir” adlı tədbir keçirilib

26.05.2023

25 May 2023-cü il tarixində Mir Cəlal Paşayev Ev Muzeyində 28 May Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz daimidir və əbədidir" adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, bölmənin məsləhətçisi Aləmzar Əlizadə, Sənaye və Texnologiyalar Üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və muzeyin kollektivi iştirak etdi. Muzeyin elmi işçisi Tağıyeva Elladanın "28 May Müstəqillik Günü tariximizin ən parlaq səhifələrindəndir"  mövzusunda geniş mühazirəsi dinlənildi. Sonra Xəzangül Hüseynova,  Aləmzar Əlizadə və muzeyin direktoru İradə İbayeva çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışdılar.
 

 

79.2 KB