Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncədə “Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan tarixində rolu” mövzusunda panel keçirilib

31.10.2025

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə “Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan tarixində rolu” mövzusunda panel tədbir keçirilib.

Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğu, Gəncə Regional Turizm İdarəsi, Gəncə Maarif Evi İctimai Birliyi, həmçinin Gəncə Dövlət Universiteti və onun nəzdində fəaliyyət göstərən Regional Kollecin tələbələri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Ümummilli Liderin həyat və fəaliyyəti haqqında məlumat verilib və ona həsr olunmuş videoçarx nümayiş etdirilib.

Panel müzakirələri zamanı çıxışçılar Heydər Əliyev siyasətinin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafındakı əvəzsiz rolundan danışıblar. Müzakirələr zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.