Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”28 May 1918-ci il-Şərqdə doğan ilk Cümhuriyyət Günəşi” adlı dəyirmi masa keçirilib.

25.05.2023

24 May 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzi Məşədiqaralar kənd Sənətkarlıq Evində, Səfikürd Kənd Sənətkarlıq Evi, Veyisli, Nərimanlı və Eyvazlılar kənd Klublarının birgə təşkilatçılığı ilə 28 May-Respublika Gününə həsr olunan "28 May 1918-ci il-Şərqdə doğan ilk Cümhuriyyət Günəşi" adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Mədəniyyət işçiləri, Goranboy rayon Goranboy rayon Boluslu kənd tam orta məktəbinin müəllim kollektivi və şagirdlər ştirak ediblər.

Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin, Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycan Xalq Cümhuriyyətinin digər liderlərinin,eləcə də ölkəmizin ərazi bütövlüyü və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Məşədiqaralar kənd Sənətkarlıq Evinin direktoru Rəsmiyyə Paşayeva bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ili tamam olur.

Hazırda Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində 28 May-Respublika Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilir. Bizim bugünkü tədbirimiz də şərəf və qürur tariximiz olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub deyə R. Paşayeva bildirmişdir.

Veyisli kənd Sənətkarlıq Klubunun direktoru Sadiqə Bayramova çıxışında qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi hadisə olmuşdur.Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb və milli dövlətçilik ənənələrimizin zənginləşməsində mühüm rol oynayıb.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament tipli respublika idi. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib,dövlət bayrağı, himni və gerbi qəbul edilib, ana dilimiz dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər reallaşdırılıb, elm və təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib.

Çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici hərbi müdaxilə nəticəsində süquta uğradı.

Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib.

Çıxış edən Səfikürd kənd Sənətkarlıq Evinin direktoru Telli Behbudova bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,çox hörmətli Mehriban xanım Əliyeva həmişə milli dövlətçilik tariximizin şanlı və parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, Cümhuriyyət liderlərinin xatirəsinə böyük diqqət və hörmətlə yanaşırlar.

Dövlət başçımız,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağ uğrunda aparılan Vətən müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hamımıza böyük sevinc,qürur hissi yaşadır. Məhz bu böyük tarixi Qələbə nəticəsində xalqımız bu il 28 May-Respublika Gününü yüksək əhvali-ruhiyyədə qeyd edir.

Mədəniyyət işçisi Elçin Tağıyev çıxışında xüsusi vurğulayıb ki, qədirbilən xalqımız bu şərəfli və şanlı bayramda canlarını Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda qurban vermiş bütün şəhidlərimizin,o cümlədən Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Şəhidlər xalqımızın qəhrəmanlıq rəmzi, qeyrət salnaməsidir. Azərbaycan xalqının Vətən müharibəsində böyük tarixi Qələbə qazanmasında şəhidlərimizin misilsiz xidmətləri var. Xalqımızın qəhrəman şəhid övladlarının canı,qanı bahasına,eləcə də igid əsgər və zabitlərimizin cəsarəti,hünəri,mərdliyi sayəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin edildi.

Vətən müharibəsinin şəhidləri öz adlarını xalqımızın tarixinə əbədi yazdılar. Şəhidlərimizin xatirəsi həmişə bizim üçün əzizdir,ucadır, yüksəkdir.

Ölkə Prezidenti,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə şəhid adını uca tutur, onların ailələrinə,eləcə də Vətən müharibəsi iştirakçılarına və bu qəbildən olan bütün vətəndaşlara ali diqqət və qayğı göstərirlər.

 

62.5 KB