Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Xalqın Mədəni Sərvəti Layihəsi Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunub

28.03.2024

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 27-29 mart tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.

Üçüncü dəfə keçirilən layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunub.

Layihənin ilk günü Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 5 saylı UMM, Samux Rayon Qarayeri qəsəbə UMM, Səfikürd UMM , Samux şəhər UMM, Rövşən Qarayev adına Xan Qərvənd kənd UMM, Samux rayon Sərkar kənd UMM, Mehman Nazarov adına Qızılhacılı qəsəbə UMM, Goranboy rayon Düzqışlaq kənd UMM, Dəliməmmədli şəhər UMM-nin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı keçirilib. Konsert zamanı zərb və ritmik muğamlar səsləndirilib.

Görkəmli xanəndə Cabbar Qaryağdıoğluna həsr olunmuş layihənin ilk günü, həmçinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaşda Heydər Əliyev Mərkəzində Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli UMM, Ağdaş rayon Ləki qəsəbə UMM, Yevlax şəhər 1 nömrəli UMM, Yevlax Mədəniyyət Mərkəzi, Yevlax şəhər 2 nömrəli UMM, Yevlax rayon Aran qəsəbə UMM, Yevlax rayon Xaldan kənd UMM, Yevlax rayon Malbinəsi kənd UMM, Göyçay şəhər Arif Məmmədov adına UMM, Göyçay Mədəniyyət Mərkəzinin müəllim və şagirdləri muğam və təsniflər, xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.