Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rus xalq nağılları

22.11.2017

22.11.2017-ci il tarixdə Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Rus xalq nağıllarından -“Три медведя”, “Девочка и лиса”, “Koт в сапогах” nağıllarından ibarət nağıl saatı keçirdi.

MKS-inin 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova hər bir nağılın qəhrəmanları haqqında uşaqlara geniş məlumat verdi və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırdı.

MKS-nin 15 saylı kitabxana filialının təşkil etdiyi nağıl saatı 27 saylı Lisey məktəbinin uşaqları tərəfindən rəğbətlə qarşılandı. Tədbirin sonunda uşaqlar Gəncə şəhər “Tarix və Diyarşünasliq” muzeyində və Gəncə şəhər Uşaq kitabxanasında gəzintidə oldular.