Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncə Memorial Kompleksində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

26.02.2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Memorial Kompleksində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə İdarənin rəhbərliyi və əməkdaşları, tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və şəhər ziyalıları iştirak ediblər.

Tədbir çərçivəsində əvvəlcə kompleksdə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülərək onların əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra iştirakçılar Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olub, kompleksdə fəaliyyət göstərən muzeyə baxış keçiriblər. Çıxış edənlər Xocalı soyqırımının unudulmayacağını və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar. Tədbir vətənpərvərlik ruhunda təqdim olunan ədəbi-bədii kompozisiyalarla yekunlaşıb.