Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muğam dünyasının tarzəni-Əhməd Bakıxanov” adlı ədəbii-bədii gecə keçirilib

09.12.2022

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 09.12.2022-ci il tarixdə Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbi ilə birgə Əhməd Bakıxanovun 130 illik yubileyi ilə əlaqədar “Muğam dünyasının
tarzəni-Əhməd Bakıxanov” adlı ədəbii-bədii gecə təşkil etdi.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə filial müdiri Səkinə Hacıyeva açdı və qeyd edərək bildirdi ki, xalqı dünyada tanıdan onun mədəniyyətidir. Daha
sonra çıxış üçün musiqi məktəbinin kollektivinə söz verilib. Məktəbin direktor vəzifəsini müvəqqəti idarə edən Azər Mustafayev, tar
müəllimi İlqar Binnətov, musiqi müəllimləri Günel Həsənova, İlnarə Talıbova Əhməd Bakıxanovun ömür yoludan, Azərbaycan musiqi
sənətinə göstərdiyi xidmətlərdən söz açaraq bildirdilər ki, sənətkarın bəstələdiyi əsərlər gözəl sənət nümunələri kimi daim musiqi
tariximizdə qalacaqdır. Tədbir məktəb tələbələrinin “Bayatı-Şiraz”, “Şur” dəsgahı, “Humayun” muğamının tarda ifası ilə sonlandırıldı.

 

99.4 KB

 

91.7 KB