Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncə şəhər Heydər Əliyev Mərkəzində ”Heydər Əliyev irsi” adlı Forum təşkil olunub

08.05.2024

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi,  Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi  və 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev İrsi" adlı Forum təşkil olunub.
İlk olaraq forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Forum öz işinə Dövlət Himninin səsləndirilməsi və müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb.
Forumun məqsədi gənclər arasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliği, gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasını təmin etmək olmub. 
Forum iki panel hissədən,  "Spikerlərin çıxışı"  hissəsindən və Gənclərlə iş üzrə  təlim hissəsindən ibarət olub. 
Spikerlərdən Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Qarayev “İdmanın himayədarı Heydər Əliyev”, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov “Heydər Əliyev irsindən bəhrələnən müasir gənclik”, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova “Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısı” və elm üzrə prezident mükafatçısı, gənc alim Elnur Həsənov isə “Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir” adlı mövzularda çıxış ediblər.
I panelin sonunda bədii hissə maraqlı dəqiqələrlə yadda qalıb. Beləki, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev “Gəncəm hey” və “Göygöl” şeirləri və aktiv gənclərimizdən olan Xalidə Nəbiyeva isə “Elegiya” şeirini səsləndirib.
II panel isə təlim hissəsi ilə davam edib.  Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçi, gənclərlə iş üzrə təlimçi Maarif Quliyev, "Fərəh Sosial İctimai Birliyi" nin həmtəsisçisi, gənclərlə iş üzrə təlimçi İlqar Hümbətov iştirak edərək “Heydər Əliyev və müasir gənclik” mövzusunda təlim keçiblər.
Forumun sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilib..
Forumda ümumilikdə 200-dən artıq gənc iştirak edib.