22.04.2022
20.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Uşaq Musiqi Məktəbində "Şuşa ili"nə həsr olunmuş tədbirlər çərçivəsində məktəbin Xalq çalğı alətlər şöbəsinin müəllimləri Məhərrəmov Əlirəhman, Babayev Rövşən, Həmzəyev Mətləbin siniflərində musiqi saatları keçirilmiş, Musiqi- nəzəri fənlər şöbəsinin müəllimləri Namazlı Nigarxanımın sinfində "Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığında Şuşa musiqi mühitinin əhəmiyyəti" , Qasımova Aygünün sinfində Şuşanın görkəmli xanəndələri" mövzularında məruzələr dinlənilmişdir.
Xalq çalğı alətləri şöbəsinin şagirdləri Tar ixtisası üzrə ıv sinif şagirdi Musayev Əsəd, Məmmədov Ramil, klarnet ixtisası üzrə l sinif şagirdi Əsədov Mahir Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, Xanəndə ixtisası üzrə l sinif şagirdi Hüseynzadə Firat, ll sinif şagirdi Nəsibova Əsna, Abbasov İsmayılın ifasında "Qarabağ şikəstəsi" və "Şuşanın dağları" mahnısı səsləndirildi. "Şuşa ili"nə həsr olunmuş tədbirlərə görə məktəbin direktoru Ulviyyə Nadirova müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi