Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bayrağımız qürur mənbəyimizdir“

07.11.2017

7 noyabr 2017-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Bayrağımız qürur mənbəyimizdir“ adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açdı və “Bayrağımız haqqında nə bilirik“ adlı məruzə ilə çıxış etdi. Sonra Uşaq şöbəsinin oxu zalının müdiri Samirə Əliyeva “Mənim üç rəngli bayrağım” adlı məruzə ilə çıxış edərək məktəblilərdə bayrağımızı sevmək, onu qorumaq, zirvələrə qaldırmaq və s. kimi ülvi hissləri aşıladı. Sonra uşaqların ifasında “Bayraq tutan oğullar” adlı səhnəcik iştirakçılara təqdim olundu. Əllərində bayraq qaldırmış məktəblilər Bayrağımıza həsr edilmiş şerlər söylədilər. Tədbirin sonunda məktəblilərə “Bayraq mənliyimdir, Bayraq kimliyimdir” adlı video-çarx təqdim olundu.