Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Türkoloji Qurultayın 100 illiyi və Nizami Gəncəvinin anım gününə həsr olunmuş tədbir keçirilib

13.03.2026

Türkoloji Qurultayın 100 illiyi və Nizami Gəncəvinin anım gününə həsr olunmuş tədbir keçirilib

Martın 12-də Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər Nizami Gəncəvi Muzeyində Türkoloji Qurultayın 100 illiyi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, AMEA Gəncə Bölməsi sədrinin müavini Əlimuxtar Muxtarov, mədəniyyət xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək böyük mütəfəkkirin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra tədbir çərçivəsində mövzu ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçirilib.

Rəsmi hissədə çıxış edənlər birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, bu mühüm hadisənin türk xalqları arasında elmi əməkdaşlığın genişlənməsinə verdiyi töhfələrdən bəhs ediblər. Eyni zamanda, Nizami Gəncəvinin zəngin ədəbi irsinin dünya ədəbiyyatında tutduğu xüsusi yer, humanist ideyaları və bəşəri dəyərləri əks etdirən yaradıcılığı haqqında fikirlər səsləndirilib.

Bildirilib ki, Nizami Gəncəvinin yaradıcılığı əsrlərdir insanları mənəvi kamilliyə, ədalətə və humanizmə səsləyir, onun əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Tədbirin keçirilməsində əsas məqsəd dahi şairin zəngin irsinin təbliği, eyni zamanda türk dünyasının ortaq elmi və mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılmasıdır.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.