Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqımın soyqırım faciəsi” başlığı altında söhbət keçirilib

30.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 30.03.2022-ci il tarixində 31 Mart Azərbaycanlıların soyqırım günü ilə əlaqədar “Xalqımın soyqırım faciəsi” başlığı altında söhbət təşkil etdi. Tədbirdə C.Cabbarlı adına 6 nömrəli məktəbin şagirdləri və kitabxananın fəal oxucuları iştirak etdi. Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq əvvəlcə iştirakçıları soyqırım qubanlarını bir dəqiqəlik sükutla yad etməsini xahiş etdi. Bildirdi ki,

son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlarla dolu səhifələrdə yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918- ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törədiblər. Bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Qeyd etdi ki, 1918- ci il mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Sonda tədbir iştirakçıları 31 Mart soyqırımından bəhs edən video-çarx izlədilər.

 

102.5 KB

 

99.3 KB

 

96.3 KB