Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin sinif otaqları, Sənayə və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və yaxınlıqda yerləşən Gəncə şəhər 42 nömrəli tam orta məktəbin inzibati binalarına köçürülmüş, tədris tam bərpa edilmişdir

21.05.2024


Məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin istifadəsində olan 16 sinif otağının fiziki şəxsə aid olması ilə əlaqədar siniflərin boşaldılmasına dair qərar verilmişdir. Məsələ ilə əlaqədar qarşı tərəfə tədris ilinin sonunadək köçürülmənin saxlanılmasına dair təklif edilsədə həmin fiziki şəxs tərəfindən rədd edilmiş və 16 may 2024-cü il tarixinədək məhkəmənin qərarının icra edilməsi bildirilmişdir. Bununla bağlı 20 may 2024-cü il günün birinci yarısı boşaldılan sinif otaqları məktəbin qarşısında yerləşən Sənayə və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və yaxınlıqda yerləşən Gəncə şəhər 42 nömrəli tam orta məktəbin inzibati binalarına köçürülmüş, günün 2-ci yarısından etibarən tədris tam bərpa edilmişdir.