Azərbaycanın sosial-iqtisadi həyatının bütün sferaları kimi mədəniyyət sahəsi də davamlı və sürətli inkişaf dövrünü yaşayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 ildə milli mədəni və mənəvi irsə yüksək qayğı göstərmiş, imzaladığı fərman və sərəncamlar xalqın mədəni və mənəvi yüksəlişinə xidmət etmişdir. Bu müddət ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı 5 Dövlət Proqramı və 500-dən çox fərman və sərəncam imzalamışdır. Mədəniyyət infrastrukturunun müasir standartlara uyğun yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirilmişdir. 23 teatr, kino və konsert müəssisələri, 16 muzey, 10 mədəniyyət evi, 18 uşaq musiqi məktəbi, incəsənət və digər tədris müəssisələri, 12 kitabxana, 21 tarix-mədəniyyət abidəsində təmir-bərpa, yenidənqurma işləri aparılmış və tikilərək istifadəyə verilmişdir.
Bununla yanaşı Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusu, Qəbələ Mədəniyyət Mərkəzi tikilmiş, Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rus Dram Teatrı, Akademik Milli Dram Teatrı, Dövlət Kukla Teatrı, Dövlət «Yuğ» Teatrı, Dövlət Mahnı Teatrı, Pantomimo Teatrı və Mingəçevir Dram Teatrının binaları əsaslı təmir olunmuşdur.
Mədəniyyət və incəsənət xadimlərinə diqqət həmişəki kimi yüksək səviyyədə olmuş, onların mədəni fəaliyyəti və zəhməti qiymətləndirilmiş, yüzlərlə sənətçi xalq şairi, xalq yazıçısı, xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəsam, əməkdar mədəniyyət işçisi kimi fəxri adlar, həyatını milli mədəniyyət və elmimizin inkişafına, istedadını və ömrünü xalqına həsr edən görkəmli sənətçi və elm adamlarına xüsusi təqaüd və mükafatlar verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bir çox görkəmli şair və yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin, «Kitabi Dədə Qorqud» dastanının, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin yubileyləri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək səviyyədə qeyd olunmuşdur.
Vyanada Ü.Hacıbəylinin büstü, Romanın məhşur «Villa Borghese» parkında N.Gəncəvinin monumental abidəsi, Bakıda F.Əmirovun və Bülbülün abidəsi, Göyçayda R.Rzanın büstü ucaldılmışdır.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Bakı şəhərində görkəmili Azərbaycan sərkərdəsi Babəkin və dahi Azərbaycan bəstəkarı Q.Qarayevin abidəsinin ucaldılması istiqamətində işlər davam etdirilir.
Son illər dövlət başçısı tərəfindən muzey işi ilə bağlı verilən sərəncamlar, ölkədə bu sahənin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş imkanlar açmışdır.
Azərbaycanda muzeylərin sayı 2003-cü illə müqayisədə 50 faizdən çox artaraq 2013-cü ildə 213-ə çatmışdır. Onlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix profili, 68-i tarix-diyarşünaslıq, 6-sı döyüş şöhrəti muzeyidir. Heydər Əliyev Mərkəzlərinin sayı 60-ı keçmiş, ev muzeylərinin sayı 46-ya çatmışdır.
Son 10 ildə Azərbaycan dövləti qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində mühüm islahatlar həyata keçirmişdir. 2003-cü ildə Azərbaycan muğamı UNESKO tərəfindən «Bəşəriyyətin şifahi və qeyri maddi şah əsərləri siyahısı»na, 2009-cu ildə açıq sənətimiz və Novruz bayramı, 2010-cu ildə tar ifaçılıq sənəti «Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezlutativ siyahısı»na, 2013-cü ildə isə «Çövkən-qədim atüstü Qarabağ oyunu», «Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı»na daxil edilmişdir.
Xalqımızın dəyərli ənənələrini qoruyub inkişaf etdirmək məqsədilə «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramı təsdiq edilmişdir. Proqramma uyğun olaraq təhlil aparılmış, Gəncə (2010), Şabran (2011), Gədəbəy (2012), Xaçmaz (2013) «Azərbaycanın Əfsanələr Paytaxtı», Şəki (2010), İsmayıllı (2011), Quba (2012), Göygöl (2013) «Sənətkarlıq paytaxtı», Qazax (2010), Lənkəran (2011), Masallı (2012), Zaqatala (2013) «Folklor paytaxtı» seçilmişdir. Paytaxt seçilmiş şəhərlərdə il ərzində nominasiyaya uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər təşkil edilmişdir.
Mədəni irsin qorunması - tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi hər zaman prioritet sahələrdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu sahə üzrə verilmiş sərəncamlara uyğun olaraq «Atəşgah məbədi» tarix-memarlıq, «Yanardağ» tarix-mədəniyyət və təbiət, «Keşikçidağ» tarix-mədəniyyət, «Xınalıq» tarix-memarlıq qoruqları yaradılmışdır.
Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, o cümlədən Bakı şəhərində «Şirvanşahlar Sarayı Kompleksi», «Məhəmməd» məscidi, «Kiçik Karvansaray», «Bazar meydanı», «Məktəb-məscid», Şəki rayonunda «Şəki Xan Sarayı», qala divarları, «Kiş» alban məbədi, «Aşağı Karvansaray», «Şəkixanovların evi», Quba rayonunun Xınalıq kəndində Əbu Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində «Möminə Xatun», Şərur rayonunda «Qudi-Xatun» türbələri, Culfa rayonunda «Xanəgah» memarlıq kompleksi», Babək rayonunda «Əshab-ül-Kəhf» ziyarətgahı dini mədəni abidə kompleksi, Qusar rayonunda «Şeyx Cüneyd» türbəsi, Qax rayonunda «Kümrük» məbədi, «Sumuqqala» abidəsi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda «Pir Hüseyn» Xanəgah və digər tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır. Qız Qalası və Şirvanşahlar sarayı ilə birgə İçərişəhər Kompleksi və Qobustan Dövlət Bədii Qoruğu UNESKO-nun Dünya İrs siyahısına daxil edilmişdir.
Bu mühüm işin həyata keçirilməsində Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur.
Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması, informasiya resurslarını qoruyan və cəmiyyətin informasiya təminatını həyata keçirən mühüm mədəniyyət müəssisəsi olan kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılması zərurətini meydana çıxarmışdır.
2007-ci ildə ölkə Prezidenti tərəfindən «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə» sərəncam imzalanmış, 2008-ci ildə «Azərbaycanda kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» təsdiq edilmişdir. Proqramma uyğun olaraq respublikanın bütün şəhər, rayon kitabxanalarının veb saytı yaradılmış, 40-a yaxın şəhər, rayon mərkəzi kitabxanalarında elektron kataloqun yaradılması məqsədi ilə avtomatlaşdırılmış kitabxana-informasiya sistemi quraşdırılmışdır.
Son illər ölkənin dinamik inkişafı kino sahəsinin də inkişafına təkan vermişdir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən növbəti onillik üçün kinonun inkişafına dair Dövlət Proqramının təsdiq olunması, film istehsalına ayrılan büdcə vəsaitinin ildən-ilə artması kinoya göstərilən xüsusi diqqətin ifadəsidir.
Ötən müddət ərzində 35 tammetrajlı, 27 qısametrajlı, 11 animasiya, 79 sənədli film çəkilmişdir. Mədəniyyətin müxtəlif sahələrinə aid 15 dildə, 350-yə yaxın kitab Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nəşr olunmuş və ölkə kitabxanalarına paylanılmışdır.
Son illərdə Azərbaycan mədəniyyətinin xaricdə təbliği, eləcə də ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilmiş, mədəni tədbirlərin həyata keçirilməsi mexanizminin gücləndirilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılmışdır.
2011-ci ilin aprelində ölkəmiz daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etmiş, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 2013-cü ildə isə növbəti II Dünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla keçirilmiş, qarşıya qoyulan məqsədlər çərçivəsində mədəniyyətlərarası djialoqun daha da gücləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqa və sənət ünsiyyətinə növbəti töhfə oldu.
Ölkəmizdə turizm böyük yolun astanasındadır. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafında məhz turizm sahəsinə xüsusi önəm verir. Bu gün dövlət strategiyasında neft və enerji sektorundan əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi prosesi özünü turizm sahəsində də mükəmməl səviyyədə göstərir.
Son 10 ildə ölkədə turizmin maddi-texniki bazasının yaradılması, bu sahədə aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın formalaşması bunu bir daha təsdiq edir. «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı»nın qəbul olunması, 2011-ci ilin ölkə Prezidenti tərəfindən Azərbaycanda «Turizm ili» elan edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur.
Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması məqsədilə Azərbaycanda ən mükəmməl layihələrdən biri olan «Şahdağ» Qış-Yay Turizm Kompleksinin yaradılması turizm axınının güclənməsinə səbəb olmuşdur. 200 mindən çox yerli və xarici turist kompleksi ziyarət edib.
Azərğbaycan ilə turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında «Turizm sahəsində əməkdaşlıq haqqında» hökumətlərarası saziş imzalanmışdır.
Azərbaycanın regionlarında turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir, bu sahədə zəruri infrastrukturun yaradılmasına şərait yaradılır. Təkcə Bakı şəhərində son 2 ildə 6 beşulduzlu Hotel istifadəyə verilmişdir. Hazırda 33 min yataq sayı var. Ölkədə 60-a yaxın müxtəlif ulduzlu yerləşdirmə yerləri tikilir ki, bunların hamısı istifadəyə verildikdən sonra Azərbaycanda mövcud yataq yerlərinin sayı 40 faiz artacaqdır.
Əldə olunan nailiyyətlər turizm dünyasında nüfuzunun, ümumilikdə ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. 2012 və 2013-cü ilin nəticələrinə əsasən turistlərin sayında artım dünya və Avropa üzrə 5 faiz təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10 faiz səviyyəsində olub.
Son illərdə dövlət tərəfindən turizmin inkişafına yaradılan əlverişli şərait nəticəsində respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin sayı 232, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 516-ya çatmışdır ki, onların 76 faizi regionların payına düşür.
Göründüyü kimi, ölkə həyatının bütün sahələri ilə yanaşı mədəniyyət və turizm sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir və bu nailiyyətlər gələcəkdə daha böyük uğurlar üçün zəmin yaratmışdır. Bütün bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı, müəyyənləşdirdiyi uzaqgörən siyasi istiqamət dayanır.
Ötən ili rayonun mədəniyyət müəssisələri də ili uğurla başa vurmuşdur. Maddi-texniki bazanın yaxşılaşdırılması, milli-mənəvi və mədəni irsin qorunması, təbliği və gələcək nəslə ötürülməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, əhalinin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində olmuşdur. Rayon Mədəniyyət və turizm şöbəsinin şəbəkəsinə 1 Heydər Əliyev Mərkəzi, 7 uşaq musiqi məktəbi, 1 Dövlət Rəsm Qalereyası, 2 Tarix-Diyarşünaslıq Muzeyi, 32 Mədəniyyət evi, 32 klub və 69 kitabxana daxildir. Son illərdə rayon Mədəniyyət evi əsaslı şəkildə yenidən qurulmuş, Ağamalıoğlu, Borsunlu kənd uşaq musiqi məktəbləri, Qızılhacılı qəsəbə, Sarov, Hazırəhmədli kənd Mədəniyyət evləri, Kitabxana-İnformasiya Mərkəzində əsaslı təmir işləri aparılmışdır.
Heydər Əliyev Mərkəzində, Məşədiqaralar, Goranlı, Zeyvə, Borsunlu, Qaradağlı, Gürzallar kənd mədəniyyət evləri, Səmədabad kənd klubu, şəhər Uşaq İntellekt Mərkəzi, Qızılhacılı qəsəbə, Xan Qərvənd, Yeniyol, Məşədiqaralar, Boluslu, Hazırəhmədli, Şəfəq, Qaraçinar, Zeynallı, Meşəli, Səmədabad, Baxçakürd, Səfikürd kənd kitabxana filialları cari təmir olunmuşdur. Ağamalıoğlu kənd uşaq musiqi məktəbində əlavə tədris korpusu tikilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən kənd kitabxana filiallarında struktur dəyişiklikləri aparılmış, perspektivi və bina şəraiti pis olan kitabxana filialları iri yaşayış məntəqələrində lazımi şəraiti olan kitabxanalarla birləşdirilmişdir. 5 kitabxana filialına mültimediya mütəxəssisləri təyin edilmişdir.
Müasir dövrdə kitabxanaların informasiya texnologiyaları ilə təminatına ciddi ehtiyacı nəzərə alaraq ötən il Mədəniyyət və turizm şöbəsi 15 kitabxana filialını kompüter texnologiyaları ilə təmin etmişdir. Hazırda həmin kitabxanaların internetə qoşulması istiqamətində iş aparılır və bu məsələnin reallaşdırılması oxucu fəallığının artmasına təkan verəcəkdir.
Son illər mədəniyyət müəssisələrində xalq sənətkarlığının inkişafına diqqət gücləndirilmişdir. Bir sıra mədəniyyət evlərində xalq sənətkarlığı dərnəkləri yaradılmışdır ki, bu da xalqımızın qədim sənətlərinin yaşadılmasında və inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Qızılhacılı qəsəbə və Gürzallar kənd mədəniyyət evlərində xalqımızın qədim sənət növü olan xalçaçılıq, Qazanbulaq qəsəbə və Qaraçinar kənd mədəniyyət evlərində daş yonma və daş işləmə, Məşədiqaralar kənd mədəniyyət evində biçmə-tikmə, Fəxralı kənd mədəniyyət evində ilmələrlə işləmək dərnəkləri yaradılmışdır.
Qızılhacılı qəsəbə və Gürzallar kənd mədəniyyət evləri nəzdində fəaliyyət göstərən «Xalçaçılıq» dərnəyinin üzvlərinin əl işləri olan xalçalar Bakı şəhərində keçirilən respublika sərgi-müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin Diplomuna layiq görülmüşdür. 2 xalçamız isə 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq sərgidə nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
Ağamalıoğlu kənd sakini Ədibə Mustafayevanın rəhbərliyi altında qadınlardan ibarət yaradılmış Folklor qrupu artıq geniş şöhrət qazanmışdır. Folklor qrupunun əsas məqsədi toylarda xalqımızın qədim adət və ənənələrini yaratmaq, əhali arasında təbliğ etməkdir.
Xalqımızın qədim milli oyunlarının yaşadılması və təbliği məqsədilə rayon Mədəniyyət evi nəzdində «Çövkən» Milli Atüstü Oyunlar üzrə komanda yaradılmış, Prezident kuboku uğrunda Şəki şəhərində keçirilən «Çövkən» Milli Atüstü oyunlarda komanda uğurla çıxış etmiş, Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və pula mükafatlandırılmışdır.
İstedadlı gənclərin müəyyən edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi Mədəniyyət və turizm şöbəsinin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə il ərzində muğam, bədii qiraət, əl işlərindən ibarət müsabiqələr keçirilmiş, qaliblər müəyyən edilərək onların respublika müsabiqələrində iştirakları təmin edilmişdir.
Şəhər Uşaq İncəsənət məktəbinin, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə, Xan Qərvənd, Ağamalıoğlu, Borsunlu və Səfikürd kənd uşaq musiqi məktəblərinin yetirmələri müxtəlif nominasiyalar üzrə respublika müsabiqələrində iştirak etmiş, qazandıqları uğurlara görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. Şəhər Uşaq İncəsənət məktəbinin şagirdinin rəsm işləri isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunmuş gənc rəssamların kitab-albom kataloquna daxil edilmişdir.
2013-cü ildə rayon üzrə 17-dən çox mədəni-kütləvi tədbirlər keçirilmiş, həmin tədbirlərdə respublikanın tanınmış incəsənət ustalarının iştirakı təmin edilmişdir. Bundan əlavə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Gül bayramı, Novruz bayramı, 31 dekabpr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il, 15 iyun - Milli Qurtuluş günü, 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibəti ilə keçirilən tədbirlər ilin yadda qalan tədbirlərindəndir. 20 yanvar və Xocalı faciələri, 31 mart - azərbaycanlıların soyqırımı günlərində rekviyemlər hazırlanaraq nümayiş etdirilmişdir.
Əhalinin asudə vaxtının təşkili istiqamətində də tədbirlər davam etdirilmişdir. İl boyu Goranboy şəhərində Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında, Meydanda, iri yaşayış məntəqələrində, eyni zamanda «Gülüstan» İstirahət Mərkəzlərində konsert-tamaşalar təşkil edilmişdir.
Rayonda 113 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun alimləri tərəfindən Səfikürd və Şadılı kəndlərinin ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Tarixi qədimliyinə görə Səfikürd kəndi ərazisində «Muncuqlu təpə» adlanan yaşayış yeri haqqında VI sinfin tarix dərsliyinə daxil edilmişdir.
Rayon ərazisindəki tarixi abidələr mühafizə edilir, öyrənilir. 2014-cü ildə Rəhimli türbələr kompleksi və Meşəli Alban məbədi əsaslı təmir edilicəkdir. «Şətəl şəhər» qala ərazisində arxeoloji parkın yaradılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmiş, bu məsələ müsbət qarşılanmış və cari ildə həyata keçiriləcəkdir.
Rayonda turizmin inkişafı sahəsində də işlər davam etdirilmişdir. Turistlər üçün hər cür şəraiti olan yeni «Qala» oteli istifadəyə verilmiş, əlavə 2 ədəd otelin fəaliyyəti üçün Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alınmışdır. Rayonda Nazirliyin lisenziyası ilə 4 ədəd müasir tələblərə cavab verən otel fəaliyyət göstərir. Hazırda gün ərzində 160-dan çox ailənin istirahəti üçün şərait vardır. Yaradılmış şəraitin nəticəsidir ki, son illər rayonun turizm istirahət mərkəzlərindən istifadə edənlərin sayı xeyli dərəcədə artmışdır. 2013-cü ildə 12.000 nəfərdən çox yerli və xarici turistlər bu mərkəzlərdə dincəlmişlər.
Hazırda Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanılmış sazişə əsasən Goranboy-Naftalan ərazisinin «Turizm və Rekreasiya zonaları» üçün turizm modelinin yaradılması ilə bağlı iş aparılır. Artıq Avropa İttifaqının Ekspert qrupu rayonun turizm potensialının öyrənilməsi işinə başlamışdır. Bu layihənin icrası rayonda turizmin geniş inkişafına təkan verəcəkdir.
Görkəmli şair və yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq il ərzində rayonda çoxsaylı tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2009-cu il tarixli 3071 nömrəli sərənxamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» artıq başa çatmışdır. Bu dövrdə rayon Kitabxana-İnformasiya Mərkəzində Proqramın icrası ilə bağlı işlər başa çatdırılmışdır.
Mərkəzləşdirilmiş kitabxana sisteminin tabeliyində olan 24 fİlial kitabxana birləşdirilmiş, modern kitabxanalar formalaşdırılmışdır. Rayon Mərkəzi kitabxanası nəzdində əhaliyə pulsuz xidmət göstərmək məqsədilə müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquq informasiya, Mərkəzi kitabxananın uşaq şöbəsində «Uşaq hüquq informasiya mərkəz»ləri yaradılmışdır. Ötən dövr ərzində Abbasqulular, İrəvanlı, Zeynallı, Qaramusalı, Şadılı, Yolqullar, Xınalı kəndlərində yeni kitabxana binaları tikilmiş, rayon Kitabxana-İnformasiya Mərkəzi, Uşaq şöbəsi, Qızılhacılı qəsəbə kitabxanası, Qaraçinar, Balakürd, Tap Qaraqoyunlu, Meşəli, Təklə, Yeniyol, Səfikürd, Səmədabad, Xan Qərvənd kənd kitabxanaları təmir olunmuş, inventar və avadanlıqla təminatı yaxşılaşdırılmışdır. 2006-cı ildən Mərkəzi Kitabxana İRBİS-64 Proqramı ilə təchiz edilmişdir.
Gözdən əlil oxuculara şərait yaradılmışdır. Hazırda onlar üçün Mərkəzi xəstəxananın xidmət şöbəsinin oxu zalında 111 adda 12 ədəd elektron disk saxlanılır.
Kitabxanaçıların təhsili, o cümlədən ixtisaslarının artırılması ilə bağlı 2009-2013-cü illərdə hər il 5 nəfər Respublika Hızırlıq və İxtisasartırma Mərkəzinə göndərilmişdir.
Goranboy abidələri
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin öyrənilməsi, mühafizəsi və təbliği dövrün ümdə vəzifələrindəndir.
Tariximizin keçmişi, bu günü və sabahı arasında körpü salan, mənəvi irsimizin qoruyucuları və saxlanan yadigarları olan abidələrimiz tarixi sərvətlərimizdir. Çünki tariximizi yaşadan və nəsillərə ötürən də elə abidələrdir.
Eramızın əvvəlindən bu günümüzə - minillikləri əhatə edən Goranboy abidələri tarixilik baxımından əvəzsiz və möhtəşəmdirlər. Tarixşünaslığımızda Azıx mağarası nə qədər qiymətlidirsə, milli baxımdan, azərbaycançılıq baxımından Borsunlu, Səfikürd, Qaşaltı Qaraqoyunlu kurqanları, Kürəkçay daş mağarası o qədər əhəmiyyətlidir. Minilliklərin sirli tarixini və inkişafını özündə yaşadan bu abidələr ona görə əhəmiyyətlidir ki, ölkəmizin ərazisində insan mədəniyyətinin, yaşayış tərzinin ilkin əlamətlərinin və həyat tərzinin burada başlanması, mövcudluğu barədə zəngin məlumatlar əldə edilir.
Coğrafi cəhətdən tarixi Azərbaycan ərazisinin mərkəzi hissəsində yerləşən Goranboy abidələrinin arxeoloji mədəniyyət nümunələri ilə sübut edilir ki, xalqımızın tarixi çox qədimdir. Araşdırmalar və faktlarla sübut olunmuşdur ki, ölkəmizin digər ərazisi kimi Goranboy torpağı da türkdilli xalqların yaşadığı və mədəniyyətin təşəkkül tapdığı qədim ərazilərdəndir.
Goranboyun ərazisi qədim insanların yaşayışı üçün coğrafi cəhətcə əlverişli bir məkan olmuşdur. Bu torpaqlardan Avropa-Asiyanı birləşdirən qədim ticarət-karvan yolları keçmiş, («Dəvəçi» ticarət yolu) Xəzər və Qara dənizlərə asanlıqla çıxış əldə etməklə İran, Hindistan, Suriya, Çin, Misir, Assuriya, həmçinin Balkan ölkələri ilə iqtisadi, mədəni əlaqələrin qurulmasına səbəb olmuşdur.
Şətəl şəhər qalası (mənbələrdə Şütür qala) Goranboy tarixinin möhtəşəm bir hissəsi olmaqla Azərbaycan tarixçiliyində Goranboyun sütununu təşkil edən güclü faktorlardandır. III əsrdən XIII əsrə kimi Bərdə və Gəncə şəhərləri arasında alınmaz qala olmaqla, Həm də Azərbaycan Atabəylər dövlətinin xəzinəsinin etibarlı saxlandığı bir yer olmuşdur. Şətəl şəhər qalasının orta əsrlərdə ona yaxın ətraf ərazilərdə kənd və şəhər tipli yaşayış məntəqələrinin yaranmasında və inkişafında rolu təkzib olunmazdır.
Azərbaycanda az qalalar tapılar ki, onun müstəqil möhürü olsun. Möhür o qalalara verilirdi ki, qalaya hakimlik etmək iqtidarı olan şəxsin qüdrəti güclüdür, hadisələrə təsir etmək nüfuzu böyükdür. Şətəl şəhər qalası isə bu cür möhürə sahib olmuşdur və möhür hazırda Tarix Muzeyində saxlanılır.
Ötən əsrə nəzər salan zaman Azərbaycanın tarixi yaddaşında mahiyyətindən asılı olmayaraq unudulmayacaq iki sənədin rəsmiləşməsinin - 1805-ci il Kürəkçay və 1813-cü il Gülüstan müqavilələrinin bu torpaqda imzalanmasını öyrənirsən.
Goranboyun tarixi çox qədim tarixdir, qürur doğuran tarixdir. Bu torpağın zəngin mədəniyyəti, çox böyük mənəvi irsi vardır. Bu irs qorunmalı, təbliğ olunmalı və öyrənilməlidir.
S/S |
Müəssisənin adı |
Müəssisə rəhbərin soyadı, |
Müəssisənin ünvanı |
Əlaqə telefonu |
1. |
Goranboy şəhər uşaq incəsənət məktəbi |
Axundova Afaq Adil qızı |
Goranboy rayonu H.Əliyev pr.5 |
022-245-31-39 055-908-11-47 |
2. |
Dəliməmmədli şəhər uşaq musiqi məktəbi |
Əliyeva Məhsəti Cəmil qızı |
Dəliməmmədli şəhəri T.Əkbəri küçəsi 1 |
24-6-11-48 050-512-64-82 |
3. |
Qızılhacılı qəsəbə uşaq musiqi məktəbi |
Yusifov Vüqar Məhərrəm oğlu |
Goranboy rayonu Qızılhacılı qəsəbəsi |
24-40-8-82 050-516-84-28 |
4. |
Xanqərvənd kənd uşaq musiqi məktəbi |
Hüeseynov Faiq Sahib oğlu |
Goranboy rayonu Xanqərvənd kəndi |
24-73-4-79 050-343-38-90 |
5. |
Səfikürd kənd uşaq musiqi məktəbi |
Quluzadə Elnurə Xudaverdi qızı |
Goranboy rayonu Səfikürd kəndi |
24-45-5-79 055-479-60-79 |
6. |
Ağamalıoğlu kənd uşaq musiqi məktəbi |
İsmayılov Kazım İsmayıl oğlu |
Goranboy rayonu Ağamalıoğlu kəndi |
24-67-5-27 070-672-62-04 |
7. |
Borsunlu kənd uşaq musiqi məktəbi |
Hüseynova Tünzalə Qasım qızı |
Goranboy rayonu Borsunlu kəndi |
24-76-3-06 055-705-87-81 |
8. |
Heydər Əliyev Mərkəzi |
Quliyev Xəyyam Əlövsət oğlu |
Dədə Qorqud küç, 27 |
070-667-65-60 |
9. |
Rayon Tarix-Diyarşünaslıq muzeyi |
Qarayev Rəcəb Alim oğlu |
Heydər Əliyev prospekti, 2 |
070-716-14-05 |
10. |
Xoylu kənd Tarix-Diyarşünaslıq muzeyi baş fond mühafizi |
Həsənova Natavan Süleyman qızı |
Xoylu kəndi |
070-274-77-97 |
11. |
Dövlət Rəsm Qalereyası |
Abdullazadə Çinarə Rövşən qızı |
Rayon Gənclər İdman idarəsi Heydər Əliyev prospekti |
050-967-28-75 |
12. |
Rayon Mədəniyyət Mərkəzi (əvəz edir) |
Qasımov Vüqar Mürşüd oğlu |
Heydər Əliyev prospekti, 4 |
055-525-42-22 |
13. |
Mərkəzi Kitabxana Sistemi |
Nəsibova Gülnarə Qəhrəman qızı |
Heydər Əliyev prospekti, 4 |
051-880-03-09 |
14. |
Dəliməmmədli şəhər incəsənət evi |
Bağırov Aqşin Aydın oğlu |
Dəliməmmədli şəhər |
070-582-41-14 |
15. |
Qızılhacılı qəsəbə diyarşünaslıq evi |
Qurbanova Rəfiqə ibrahim qızı |
Qızılhacılı qəsəbəsi |
050-519-17-74 |
16. |
Yeniyol kənd diyarşünaslıq evi |
Teymurov İsrafil Məhəmməd oğlu |
Yeniyol kəndi |
050-419-35-22 |
17. |
Balakürd kənd mədəniyyət evi |
Allahverdiyeva Aygün Faiq qızı |
Balakürd kəndi |
051-851-61-15 |
18. |
Boluslu kənd mədəniyyət evi |
Hüseynova Zərifə Həsən qızı |
Boluslu kəndi |
022-24-93-6-93 |
19. |
Tap Qaraqoyunlu kənd mədəniyyət evi |
Əliyev Rəhman Süleyman oğlu |
Tap Qaraqoyunlu kəndi |
055-521-79-52 |
20. |
Məşədiqaralar kənd sənətkarlıq evi |
Paşayeva Rəsmiyyə Qurban qızı |
Məşədiqaralar kəndi |
050-719-04-10 |
21. |
Qarqucaq kənd folklor evi |
Əmrahova Əsibə Binnət qızı |
Qarqucaq kəndi |
055-421-50-16 |
22. |
Səfikürd kənd sənətkarlıq evi |
Behbudova Telli Tapdıq qızı |
Səfikürd kəndi |
055-745-31-69 |
23. |
Xanqərvənd kənd mədəniyyət evi |
Musayeva Təranə Musa qızı |
Xanqərvənd kənd |
070-620-85-06 |
24. |
Qazanbulaq qəsəbə mədəniyyət evi |
Səfərova Sərvinaz Rəsul qızı |
Qazanbulaq qəsəbə |
050-700-37-66 |
25. |
Qaradağlı kənd diyarşünaslıq evi |
Əliyeva Dilbazı Məhəmməd qızı |
Qaradağlı kəndi |
070-712-19-50 |
26. |
Xoylu kənd mədəniyyət evi |
Allahverdiyeva Xavər Raqib qızı |
Xoylu kəndi |
055-754-83-83 |
27. |
Nizami kənd diyarşünaslıq evi |
Sadıqova Natavan Vaqif qızı |
Nizami kəndi |
055-567-14-65 |
28. |
Ağamalıoğlu kənd mədəniyyət evi |
Əliyeva Sevda Arif qızı |
Ağamalıoğlu kəndi |
055-406-52-99 |
29. |
Dəyirmanlar kənd mədəniyyət evi |
Quliyeva Sürəyya Binnət qızı |
Dəyirmanlar kəndi |
051-547-28-62 |
30. |
Baxçakürd kənd mədəniyyət evi |
Alıyeva Təranə Aydın qızı |
Baxçakürd kəndi |
055-838-30-04 |
31. |
Faxralı kənd mədəniyyət evi |
Həmidova Nəzakət Vahid qızı |
Faxralı kəndi |
050-664-82-58 |
32. |
Sarov kənd diyarşünaslıq evi |
Hüseynova Sevda Nadir qızı |
Sarov kəndi |
051-541-44-11 |
33. |
Muzdurlar kənd sənətkarlıq evi |
Bayramova Tərlan Qənbər qızı |
Muzdurlar kəndi |
070-749-27-63 |
34. |
Hazırəhmədli kənd sənətkarlıq evi |
Xasıyeva Röyalə Əlövsət qızı |
Hazırəhmədli kəndi |
055-651-13-89 |
35. |
Xınalı kənd mədəniyyət evi |
Əkbərova Sevda Tahir qızı |
Xınalı kəndi |
070-556-20-62 |
36. |
Gürzallar kənd sənətkarlıq evi |
Tapdıqova Edilya Qədim qızı |
Gürzallar kəndi |
077-543-93-40 |
37. |
Zeyvə kənd folklor evi |
Rüstəmov Elşad Kəniş oğlu |
Zeyvə kəndi |
051-890-99-11 |
38. |
Şəfəq kənd mədəniyyət evi (əvəz edir) |
Əliyeva Laləzar Rahəddin qızı |
Şəfəq kəndi |
050-624-75-45 |
39. |
Qaraçinar kənd mədəniyyət slıq evi |
İmanova Tahirə Məhərrəm qızı |
Qaraçinar kəndi |
050-559-96-77 |
40. |
Yenikənd kənd mədəniyyət evi |
Məmmədova Xəyalə Yusif qızı |
Yenikənd kənd |
050-682-53-07 |
41. |
Todan kənd mədəniyyət evi |
Əliyev Zaməddin İlham qızı |
Todan kəndi |
077-512-62-29 |
42. |
Buzluq kənd mədəniyyət evi |
Qasımova Mətanət Əlövsət qızı |
Buzluq kəndi |
051-383-01-37 |
43. |
Rus Borisi kənd mədəniyyət evi |
Novruzov Zahid Bəviş oğlu |
Rus Borisi |
070-941-63-33 |
44. |
Mənəşli kənd mədəniyyət evi |
Rəhimova Səlminaz Rəsul qızı |
Mənəşli kəndi |
055-498-68-06 |
45. |
Şəhər 1 № saylı sənətkarlıq klubu |
Kazımova Nazilə Rəhim qızı |
Dədə Qorqud küçəsi, 27 |
077-504-66-50 |
46. |
Şəhər 2 № saylı klubu |
Məmmədova Sevda Oktay qızı |
Vidadi küçəsi 54 |
070-691-43-75 |
47. |
Aşağı Ağcakənd kənd klubu |
Məsimov Zahid Məcid oğlu |
Aşağı Ağcakənd kəndi |
050-993-94-48 |
48. |
Əlirzalı kənd folklor klubu |
Rüstəmov İlkin Hüseyin oğlu |
Əlirzalı kəndi |
050-967-22-65 |
49. |
Səfikürd kənd sənətkarlıq klubu |
Səklikov Qoşqar Fərhad oğlu |
Səfikürd kəndi |
055-800-86-14 |
50. |
Nərminanlı kənd klubu |
Məmmədova Səlmi İdris qızı |
Nərminanlı kəndi |
050-403-80-62 |
51. |
Şadılı kənd klubu |
Musayeva Məsmə Qulu qızı |
Şadılı kəndi |
051-549-93-93 |
52. |
Nadirkənd kənd klubu |
Albabayeva Elnara Əli qızı |
Nadirkənd kəndi |
055-883-15-43 |
53. |
Eyvazlılar kənd klubu |
Məmmədova Güllü Məhəmməd qızı |
Eyvazlılar kəndi |
055-559-14-84 |
54. |
Xoylu kənd klubu |
Əliyeva Sevinc Çingiz qızı |
Xoylu kəndi |
055-800-80-44 |
55. |
Qurbanzadə kənd klubu |
İsmayılova Afidə Əlisahib qızı |
Qurbanzadə kəndi |
055-991-70-24 |
56. |
Yolpax kənd folklor klubu |
Orucova İradə Həsən qızı |
Yolpax kəndi |
022-24-60-0-97 |
57. |
Göynüyən kənd klubu |
Xasıyev Malik Əli oğlu |
Göynüyən kəndi |
050-640-98-75 |
58. |
Kələk kənd diyarşünaslıq klubu |
Abbasova Sevinc Qurban qızı |
Kələk kəndi |
070-502-17-94 |
59. |
Şıxlar kənd klubu |
Atakişiyeva Rahilə Məhəmməd qızı |
Şıxlar kəndi |
070-324-31-40 |
60. |
Qarasuçu kənd klubu |
Mahmudova Şəmsiyyə Şəmil qızı |
Qarasuçu kəndi |
055-919-55-71 |
61. |
Qaramusalı kənd klubu |
Əliyev Eldəniz Abuzər oğlu |
Qaramusalı kəndi |
077-512-77-69 |
62. |
Həmənli kənd klubu |
Verdiyeva Kifayət Hidayət qızı |
Həmənli kəndi |
070-586-52-82 |