Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Daşkəsən

Daşkəsən rayonunda 81 mədəni-maarif müəssisələri fəaliyyət göstərir. 1 incəsənət məktəbi, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 1 rayon mədəniyyət mərkəzi, 1 Dövlət Rəsmlər Qalereyası, 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix diyarşünaslıq muzeyi, 37 kənd, qəsəbə filial kitabxanası, 1 kənd mədəniyyət evi, 1 kənd folklor evi, 5 kənd və qəsəbə diyarşünaslıq klubu,8 kənd və qəsəbə sənətkarlıq klubu,1 kənd folklor klubu,22 kənd və qəsəbə klub müəssisəsi fəaliyyət göstərir. 
Daşkəsən rayon 7 illik uşaq İncəsənət məktəbi 1961-ci ildə musiqi məktəbi kimi, 1985-ci ildən isə incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Məktəbdə 9 ixtisas tədris olunur - Fortepiano, tar, kamança, nağara, saz, qarmon, xanəndəlik, rəqs və rəsmxət şöbələri fəaliyyət göstərir. Məktəb binasının əsaslı təmirə ehtiyacı var. Məktəb 2012-ci ilin 6 ayı ərzində lazımı inventar və avadanlıqla təmin edilmişdir.Uşaq İncəsənət məktəbinin xor kollektivi 2012-ci ilin aprel ayında Gəncə şəhərində Uşaq xor kollektivlərinin III Respublika baxışında, Gənc pianoçuların II Respublika müsabiqəsində fəal iştirak etmişdirlər. Mərkəzləşdirilmiş Kitabxana Sistemində informasiya şəbəkəsinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə 10 kitabxana filialları birləşdirilmişdir.
Bundan başqa Mərkəzi kitabxanada yeni struktur əsasında birləşdirilmiş kitabxana filiallarının mövcud ştat vahidləri çərçivəsində iki yeni şöbə kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya-resurs şöbələri yaradılmışdır.Mərkəzləşdirilmiş Kitabxana Sisteminin internet saytı da açılmışdır. 
Dövlət Rəsmlər Qalereyasında istedadlı uşaqların əl işlərinin nümayişi təşkil olunmuşdur. Bundan başqa II Respublika Dekorativ tətbiqi sənət Festivalının ilk regional sərgisi 2012-ci il aprel Gəncə şəhərində təşkil olunmuşdur. Rayonumuzu təmsil edən dekorativ tətbiqi sənət ustaları festivalda fəal iştirak etmiş diplomla təltif olunmuşlar.
 

S/S Mədəniyyət və tarixi abidənin adı Yerləşdiyi ünvan Aid edildiyi əsr və ya il Tipi: (arxeoloji ......) Əhəmiyyəti:(Dünya əhəmiyyətli, yerli əhəmiyyətli)
1 Xoşbulaq kurqanları Xoşbulaq kəndi Son tunc –ilk dəmir dövrü arxeoloji abidə Dünya əhəmiyyətli
2 Monastır Quşçu kəndi 487-ci il memarlıq abidəsi Ölkə əhəmiyyətli
3 Nekropol Daşkəsən kəndi Tunc-ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
4 “Göyçəlilər yurdu” qalaçası Əmirvar kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
5 Yol yurdu qalaçası Əmirvar kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
6 Aşağı qalaça Əmirvar kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
7 Kiçikyurd qalaçası Əmirvar kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
8 Örük daş qalası Əmirvar kəndi Son tunc-ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
9 Yuxarı qalaçası Əmirvar kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
10 Çalağan qalaçası Dardərə kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
11 Daşlıtəpə qalaçası Xoşbulaq kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
12 Divar qalıqları Xoşbulaq kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
13 Nağaradağ qalaçası Xoşbulaq kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
14 Əhmədli qalaçası Xoşbulaq kəndi Son tunc-ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
15 Çoban daşı qalaçası “Uzunaralıq” ərazisi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
16 Kurqanlar “Uzunaralıq” ərazisi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
17 Kurqan Çovdar kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
18 Qırmızı qala Çovdar kəndi Son tunc-ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
19 Qaflan qala Çovdar kəndi Son tunc-ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
20 Kurqanlar Zağalı kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
21 Daş qutu nekropolu Zağalı kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
22 “Molla Abdulla bulağı” qalaçası Zağalı kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
23 Qazaxyolçular qalaçası Qazaxyolçular kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
24 Daş qutu nekropolu Qazaxyolçular kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
25 Dikdaş qalaçası Gürbulaq kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
26 Ərkinaz qalaçası Gürbulaq kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
27 Qalaça Gürbulaq kəndi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
28 Qalaça Tülküdərə ərazisi Dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
29 Daş qutu nekropolu Bayan kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
30 Nekropol Bayan kəndi Tunc ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
31 Kurqan Dəstəfur kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
32 Daş qutu nekropolu Zəylik kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
33 Nekropol Qaraqollar kəndi Tunc dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
34 Nekropol Quşçu kəndi Tunc-ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
35 Müşavaq qalası Müşavaq kəndi Son tunc ilk dəmir dövrü arxeoloji abidə Ölkə əhəmiyyətli
36 Körpü Daşkəsən şəhəri   memarlıq abidəsi Yerli əhəmiyyətli
37 Məbəd Bayan kəndi XV əsr memarlıq abidəsi Yerli əhəmiyyətli
38 Körpü Bayan kəndi XV əsr memarlıq abidəsi Yerli əhəmiyyətli
39 Körpü Bayan kəndi XIX əsr memarlıq abidəsi Yerli əhəmiyyətli
40 Kilsə Bayan kəndi 1863-cü il memarlıq abidəsi Yerli əhəmiyyətli
41 Monastır Bayan kəndi 1823-cü il memarlıq abidəsi Yerli əhəmiyyətli
42 Türbə Əhmədli kəndi   memarlıq abidəsi Yerli əhəmiyyətli
43 Kilsə Çovdar kəndi 1869-cu il memarlıq abidəsi Yerli əhəmiyyətli
44 Qala Çovdar kəndi 1891-ci il memarlıq abidəsi Yerli əhəmiyyətli
45 Kilsə Quşçu kəndi 1850-ci il memarlıq abidəsi Yerli əhəmiyyətli
46 Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlilərimizin xatirə abidəsi Daşkəsən şəhəri 1981-ci il bağ-park abidəsi Yerli əhəmiyyətli