Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil
|

Daşkəsən

Təhsil şöbəsinin tabeliyində 46 məktəb fəaliyyət göstərir ki, onlardan 26-ı tam orta məktəb, 16-ı ümumi orta məktəb və 4-ü ibtidai məktəbdir. Bu məktəblərdə 3619 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 705 müəllim məşğul olur.
Rayon ərazisində 12 uşaq bağçası, 1 Uşaq-Gənclər Şahmat məktəbi, 1 Uşaq Yaradıcılığı Mərkəzi, 1 Uşaq-Gənclər İdman Məktəbi və 1 Gənc Texniklər mərkəzi fəaliyyət göstərir.
2003-cü ildən ötən dövr ərzində rayonda 14 yeni məktəb binası tikilmişdir. 1 məktəbdə 6 əlavə sinif otağı və 1 akt zalı tikilmiş, 22 məktəb binası, 6 uşaq bağçası əsaslı təmir edilmişdir. 2012-ci ildə isə 6 yeni məktəb binasının və 1 uşaq bağçasının tikintisi üzrə hazırlıq işləri aparılır.