Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi
|

Samux

Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. İqlimi quru-kontinentaldır.
Ərazisi 1455 kv.km-dir. Ondan 1082 kv.km. dövlət fond torpaqları, 82 kv.km. bələdiyyə, 133 kv.km xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayonda 708 kv.km kənd təsərrüfatına yararlı torpaq vardır ki, ondan da
Samux rayonunda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi vardır. Bunlardan 1 şəhər, 5-sı qəsəbə və 29-u kənddir. 23 bələdiyyə fəaliyyət göstərir.
Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir.
Samux rayonunun ərazisi əsasən düzənlikdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə , şimalda Alazan vadisi ilə əhatə olunmuşdur.
Rayonun ərazisindən Kür, Qabırrı (İori), Alazan (Qanıx), Gəncə və Qoşqar çayları keçir.
Samux rayon ərazisində Qabırrı çayının sol sahilində, dəniz səviyyəsindən 400-600 metr yüksəklikdə "Elləroyuğu" adlanan dağ silsiləsində 392 ha sahədə təbii halda yayılmış, yalnız bu ərazidə rast gəlinən relikt Eldar şamı (Pinuş eldarika) meşəliyi yayılmışdır. Belə bir unikal sahə Qafqaz təbiətində ilk olaraq "Eldar Şamı" meşəliyi kimi hələ 1910-cu ildə qoruq ərazisi elan edilmişdir. Vətəni Azərbaycan olan Eldar şamı qonşu ölkələrlə yanaşı Orta Asiya Respublikasının səhralarında, Şərqi Asiya ölkələrində, Ruminiyada, Bolqarıstanda və hətta okeanın o tayında ABŞ-da da mədəni əkin sahələri kimi geniş yayılmışdır. Eldar şamı qoruğu dünya alimlərinin diqqətini cəlb etmişdir. Həmin ərazidə "Qırmızı kitab"a daxil edilmiş Eldar şamı ilə yanaşı qiymətli ardıc və saqqız ağacları da inkişaf etmişdir.
Respublika Nazirlər Sovetinin 16 may 1958-ci il tarixli qərarı ilə "Eldar Şamı" meşəliyi filialı kimi Türyançay Dövlət Təbiət Qoruğunun tərkibində olnuş, 1965-ci ildə Göy-Göl Dövlət Təbiət Qoruğu bərpa edildikdən sonra 16 dekabr 2004-cü il tarixədək filial kimi fəaliyyət göstərmişdir.
Eldar şamı hələ 1901-ci ildən rus alimi S.Medvedyev tərəfindən öyrənilərək dünyada analoqu olmayan relikt növ olduğu bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə saxlanılması məqsədi ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə "Eldar Şamı" Dövlət Təbiət Qoruğu yaradılmışdır.