Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Gəncə şəhər Diyarşünaslıq evi

Mərkəzi Mədəniyyət evi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli 217 nömrəli əmrinə əsasən şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması ilə bağlı 29 may 2015-ci il tarixdən profilləşərək Gəncə şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq evi kimi fəaliyyət göstərir.

Burada Gəncə şəhərinin görməli yerlərinə, tarixi abidələrinə ekskursiyalar təşkil olunur.

Müxtəlif mədəni tədbirlər keçirilir, tədbirlərə şəhər əhalisinin müxtəlif yaş qrupundan olanlar dəvət olunur.