Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Samux rayon Heydər Əliyev Mərkəzi

Samux rayon Heydər Əliyev mərkəzi 2013-cü ilin noyabr ayından istifadəyə verilib. İki mərtəbəli binanın foyesində ulu öndərin büstü qoyulub. Birinci mərtəbədə bura gələn qonaqlara mərkəzlə bağlı məlumat vermək üçün informasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzdə Heydər Əliyevin irsinin tədqiqi və təbliği, o cümlədən ulu öndərin yaratdığı dövlətçilik məfkürəsinin təbliği ilə bağlı işlər görülür. Heydər Əliyev mərkəzində gənclərin vaxtlarının səmərəli keçirilməsi üçün rəsm studiyası, qalereya, eləcə də gənclərin xarici dil öyrənmə üçün kurslar da fəaliyyət göstərir.

Samux rayon Heydər Əliyev mərkəzi ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini 71 ədəd fotolar nümayiş etdirilir. Bələdçilər bura gələn qonaqlara fotolar barədə ətraflı məlumatlar verir.

Mərkəzin ikinci mərtəbəsində bura gələnlərin internetdən istifadəsi üçün klub, rəqs studiyası və elektron kitabxana yerləşir. Həmçinin burada 45 nəfərlik 3D kinoteatrı var. Samux rayon Heydər Əliyev mərkəzində 200 nəfərlik zal da fəaliyyət göstərir. Mərkəzdə analoqu olmayan elektron xəritə də var ki, burada Azərbaycanın müxtəlif dövrlərdəki ərazisi əks olunub. Xəritə mərkəzə gələn qonaqların da böyük marağına səbəb olur.

Ünvan:
Samux şəhəri, Samux rayon Heydər Əliyev Mərkəzi
Telefon:

(022) 252-1-51

E-mail:

samukh.heydar.aliyev@gmail.com