Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Mədəniyyət müəssisələri
|

Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət evinin

Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evi 1950-ci ildən 1973-cü ilədək klub kimi fəaliyyət göstərib. 1973-cü ildə Aşıq Şəmşirin 80 illik yubileyi münasibəti ilə mədəniyyət evinə Aşıq Şəmşir adı verilib. Mədəniyyət evində 2 xalq kollektivi "Xalq Aşıqlar ansamblı", "Kilimarası" və "Maraloyunu folklor" kollektivi, eləcə də "Dəlidağ” xalq çalğı alətləri ansamblı, "Tərtər" vokal instrumental ansamblı, Rəqs ansamblı, Uşaq aşıqlar ansamblı, Zurnaçılar ansamblı, Bədii qiraətçilər qrupu, Dəlidağın ədəbi nəğməsi ədəbi birliyi fəaliyyət göstərib. Ümumilikdə mədəniyyət evində kollektiv üzvlərinin sayı 1993-cü ilə kimi 250 nəfər olub. Kollektivlər o dövrdə İraqda, İsraildə, Türkiyədə, Fransada keçirilmiş, SSRİ daxilindəki respublikalarda Moskvada, Lelinqradda, Alma-Atada, Düşənbə uğurlu çıxışlar ediblər. 1985-1987-ci illərdə kollektivlər Moskva və Lelinqradda I-II Umimittifaq Xalq Yaradıcılığı Festivalında uğurla iştirak edib, festivalın qalibi laureantı adını qazanıb.

Hal-hazırda Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evi Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasının binasında fəaliyyət göstərir.