Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Goranboy şəhər Uşaq İncəsənət Məktəbi

Goranboy şəhər Uşaq İncəsənət Məktəbi 1965-ci ildə Qasım İsmayılov rayon 7 illik uşaq musiqi məktəbi olaraq yaradılıb. Cəmi 2 ixtisas: fortepiano və tar ixtisasları üzrə tədris aparılıb.

1989-cu ildən isə məktəbdə ixtisaslar artırılaraq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 8 ixtisas üzrə tədris aparılır: fortepiano, violin, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya.

2008-ci ildən müasir tipli yeni məktəb binası inşa edilib. 2 mərtəbəli məktəbdə 28 sinif otağı var. Məktəbin ümumi sahəsi 462 kv.m, tədris korpusu 720 kv.m-dir

2017-2018-ci tədris ilində məktəbdə 238 şagirdin təhsili ilə 88 müəllim məşğul olur.

Ünvan:
Goranboy şəhər Heydər Əliyev prospekti 7
Telefon:

245-31-39

E-mail:

incesenetmektebi@bk.ru