Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Naftalan şəhər uşaq musiqi məktəbi

1968-ci ildə keçmiş Qasım İsmayılov (indiki Goranboy) rayon uşaq musiqi məktəbinin filialı kimi yaradılmış, 1977-ci ildən müstəqil məktəb kimi fəaliyyətə başlamış və Naftalan şəhər uşaq musiqi məktəbi adlandırılmışdır.

1977-ci ildən məktəb müstəqil bir məktəb kimi fəaliyyət göstərməyə başlayır. Həmin illər musiqi məktəbi Naftalan şəhər İ.Nəsimi adına I saylı orta məktəbin nəzdində bir neçə sinifdən ibarət idi. Məktəbdə fortepiano, tar, qarmon, kamança və nağara şöbələri fəaliyyət göstərirdi.

Xalq Deputatları Sovetinin razılığı ilə 1980-ci ildən musiqi məktəbi hal-hazırdakı binaya köçərək öz fəaliyyətini davam etdirir.

Naftalan şəhər uşaq musiqi məktəbinin ümumi sahəsi 563,4 m, istifadə olunan sahə 537,6 m-dir. Məktəbdə 34 sinif otağı, 1 konsert zalı, 1 kitabxana var. 2000-ci ildə məktəbdə saz şöbəsi fəaliyyətə başladı. 2009-2010-cu tədris ilində məktəbdə yeni skripka və xanəndəlik şöbələri açılmışdır. Məktəbdə hal-hazırda 287 nəfər şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 93 nəfər müəllim məşğul olur. Müəllimlərin 90 %-dən çoxu Naftalan şəhər uşaq musiqi məktəbinin yetişdirmələridi.

Məktəbdə tədris olunan ixtisaslar: fortepiano, violin, tar, kamança, saz, qarmon, nağara, xanəndəlik.

2017-ci il tarixdə məktəbin III sinif şagirdi Məmmədli Brliyant İsmayıl qızı İsvecrənin Nöşatel kantonunun Val dö Traver kommunasında kecirilmiş gənc ifaçıların beynəlxalq müsabiqəsində fortepiano ixtisası üzrə iştirak etmiş və A kateqoriyası üzrə II yerin qalibi və Beynəlxalq müsabiqənin laureatı adına layiq görülmüşdür.

Məktəbin şagirdləri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə iştirak etmişlər və müxtəlif diplom və fəxri fərmala layiq görülmüşlər.

Məktəbin musiqi kollektivləri şəhərdə keçirilən tarixi bayramlarda, şəhər əhalisinin asudə vaxtının səmərəli keçməsi üçün təşkil olunan istirahət konsertlərində, “N” saylı hərbi hissələrdə maraqlı konsert proqramı ilə çıxış edirlər.

Ünvan:
Naftalan şəhəri, Habil Əliyev küçəsi-14.
Telefon:

(022) 352-27-87; 352-19-06

Fax:

(022) 352-27-87