Goranboy Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli 100 saylı əmrinə əsasən yaradılmışdır. Dövlət Rəsm Qalereysı 1986-cı ildən 2005-ci ilin may ayına qədər Qızılhacılı qəsəbəsində fəaliyyət göstərmişdir. May ayının əvvəlində rayon mərkəzində Mədəniyyət və İstirahət Parkında yerləşmişdir. 2005-ci il may ayında Goranboy rayon Dövlət Rəsm Qalereyasının açılışı olmuşdur. Açılışda hörmətli Prezdentimiz cənab İlham Əliyev və “Heydər Əliyev Fondu”nun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir. 2010-cu ilin mart ayından V.Bayramov küçəsində yerləşən Gənclər evinin 2-ci mərtəbəsində fəaliyyət göstərir.
Goranboy Dövlət Rəsm Qalereyasının ümumi sahəsi 97.6 kv.mdır.
Goranboy Dövlət Rəsm Qalereyasının fondunda 70 rəngkarlıq, 37 qrafika, 14 heykəltəraşlıq və 46 ədəd 30x40 ölçüdə rəngli fotoşəkil olmaqla 167 eksponat saxlanılaraq sərgidə nümayiş etdirilir.
Rəsm Qalereyasının bədii fondunda Azərbaycanın tanınmış rəssamların, yerli və gənc rəssamların mənzərə, natürmort, portret janrında, kətan üzərində yağlı boya ilə işlənmiş rəngkarlıq əsərləri, qrafika üslubunda çəkilmiş rəsmlər, müxtəlif üslubda işlənmiş hekəltəraşlıq əsərləri mühafizə olunur və mütəmadi olaraq sərgilənir.