1941-45-ci illər Böyük Vətən Müharibəsində Sovet İttifaqı qəhrəmanı adını alan İlk Azərbaycanlı İ.Məmmədovun Xatirə Ev Muzeyi 1985-ci ildə Gəncə şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə ictimai əsaslarla yaradılmış və Azərbaycan Respublikasının Nazirlər Sovetinin 17 sentyabr 1990-ci il 376 nömrəli əmri ilə dövlət muzeyi kimi fəaliyyət göstərir.
Muzey 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir.
Muzey IV qrupa daxil edilmişdir.
Muzeydə 265 eksponat vardır. Qəhrəmanın şəxsi əşyaları, məktubları, kitabları və şəkilləridir, muzey fondunun əsasını təşkil edən.
Muzeyin əsas məqsədi gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etməkdir.
(022) 256-50-19