Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Samux rayon Mədəniyyət Mərkəzi

Samux rayon Mərkəzi Mədəniyyət evi 1956-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli 217 nömrəli əmrinə əsasən Şəhər (rayon) Mədəniyyət Mərkəzilərinin yaradılması ilə bağlı 01.05.2015-ci il tarixdən etibarən Samux rayon Mədəniyyət evi adı dəyişdirilərək Samux rayon Mədəniyyət Mərkəzi statusu verilmişdir.

Samux rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina Şəhər İcra Nümayəndəliyinin balansındadı. Binanın ümumi sahəsi 328.46kv.m, həyətyanı sahəsi 250kv.m-dir. 5 otaq və 1 zaldan istifadə olunur. Ştat cədvəli üzrə çalışan işçilərin ümumi sayı 94 nəfər, o cümlədən Mədəniyyət işçilərinin sayı 68 nəfər, texniki işçilərin sayı 26 nəfərdir. Mədəniyyət Mərkəzinin şəbəkəsindəki müəssisələrin ümumi sayı 17-dir. 1 şəhər Mədəniyyət evi, 1 qəsəbə Mədəniyyət evi, 4 profilləşmiş, 2 kənd Mədəniyyət evi, 9 kənd klub fəaliyyət göstərir.