Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 mart Soyqırımı – tarixin qanla yazılmış yaddaşı”

31.03.2019

Goranboy rayon Mərkəzi Kitabxananın oxu zalında 31 mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar “31 mart Soyqırımı – tarixin qanla yazılmış yaddaşı” başlıqlı tədbir keçirildi.

Tədbiri Mərkəzi Kitabxananın oxu zalının müdiri Sevda Əliyeva açdı. 31 mart soyqırımı qurbanlarının və Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Avtomatlaşdırma şöbəsinin müdiri Aygün Əliyeva “31 mart Soyqırımı –tarixin qanla yazılmış yaddaşı” adlı məzurə ilə çıxış etdi.

Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, biblioqraf Qəmər Cəfərova məruzə ətrafı çıxışlar edərək bildirdilər ki, 1918-1920-ci illərdə - Azərbaycanlılara qarşı soyrıqım həm miqyas etibarı ilə, həm də amansızlığı ilə heyrət doğurur.

Ümummilli lider Heydər Əliyev xalqımıza qarşı həyata keçirilən bütün soyqırım faciələrinə hüquqi qiymət verilməsi missiyasını öz üzərinə götürərək 26 mart 1990-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününü elan etmişdir.

Tədbir iştirakçıları sonda 31 mart Azərbaycanlıların soyqırımında bəhs edən video çarxa baxdılar.