29.03.2019
Goranboy rayon Mədəniyyət Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşunaslıq Muzeyinin, Mərkəzi Kitabxana Sisteminin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Vüqar Qasımov tədbir iştirakçılarına 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar məlumat verdi.
Soyqırım qurbanlarının, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra Mədəniyyət Mərkəzinin Soyqırım qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiyası tədbir iştirakçılarına təqdim olundu.