Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş foto sərgi

29.03.2019

Goranboy Dövlət Rəsm Qalereyası 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil edilmiş ümumrayon tədbirində sərgi təşkil etdi. Sərgi soyqırım qurbanlarının foto şəkillərindən ibarət olmuşdur. Sərgidə 15 ədəd foto şəkil nümayiş olundu. Qalereyanın direktoru Çinarə Abdullazadə sərgi tamaşaçılarına geniş məlumat verdi; Azərbaycanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiyadır. Soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlı-yeksan edilmiş, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdür.