Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tariximizin qanlı səhifəsi”

29.03.2019

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 29.03.2019-cu il tarixində 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar olaraq “Tariximizin qanlı səhifəsi” başlığı altında söhbət keçirildi. Tədbirdə Gəncə şəhər 3№-li tam orta məktəbin IV sinif şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq əvvəlcə iştirakçıları soyqırım qubanlarını bir dəqiqəlik sükutla yad etməsini xahiş etdi. Bildirdi ki, soyqırım sözü bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir “Böyük Ermənistan” yaratmaq xulyası ilə ötən əsrin ikinci onilliyindən başlayaraq erməni vəhşiləri Bakı, Quba, Şamaxı, Qarabağ və Naxçıvanda xalqımaıza qarşı geniş miqyasda qanlı aksiyalar törətmişdir. Onlar yüzlərlə yaşayış məntəqəsi dağıdıb yerlə yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirmişdir. Sonda məktəblilər 31 Mart Soyqırımından bəhs edən video-çarx izlədilər və kitab sərgisi ilə tanış oldular.