Samux rayonu Heydər Əliyev Parkında Novruz bayramı münasibəti ilə ümumrayon bayram şənliyi keçirildi.
Samux rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev rayon ictimaiyyətini salamlayaraq Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi, Novruz tonqalını alovlandırdı.
Novruz bayramının əsas personajları Kosa, Keçəl, Bahar qızın çıxışları, bayram təbrikləri şənlik iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Ümumrayon Novruz şənliyində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Samux rayon Mədəniyyət Mərkəzi milli mətbəxt nümuyiş etdirdi. Sərkar kənd Uşaq Musiqi Məktəbinin “Şur” Xalq Çalğı Alətləri ansamblı maraqlı konsert proqramı təqdim etdi.