Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naftalan şəhərində Novruz şənliyi

18.03.2019

Naftalan şəhərinin Heydər Əliyev adına meydanında Novruz bayramına həsr olunmuş ümumşəhər bayram şənliyi keçirildi. Bayramsayağı bəzədilmiş meydanda şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət, incəsənət işçiləri toplaşmışdır. Naftalan şəhər İcra Hakimiyyəti rəhbərliyinin rəsmisi Arzu Məmmədov şənlik iştirakçılarının salamladı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi, ölkəmizə sülh, əmin-amanlıq arzuladı. Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və təşkilatçılığı ilə Gəncə şəhər Mədəniyyət Mərkəzinin “Arzum” ansamblının, eləcə də Naftalan şəhər Mədəniyyət Mərkəzinin musiqi kollektivin konsert proqramı şənlik iştirakçılarına təqdim edildi. Novruz bayramının əsas personajları Ozan baba, Bahar qız, Keçəl, Kosanın bayram təbrikləri şənlik iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.