Gəncə şəhəri Bülbül adına 3 №-li Uşaq Musiqi Məktəbində Novruz bayramının gəlişi münasibəti ilə şənlik keçirildi.
Məktəbin direktoru Elman Məmmədov şənlik iştirakçılarını salamladı. O, Azərbaycan xalqını Novruzun gəlişi münasibəti ilə təbrik etdi, xalqımıza sülh, əmin-amanlıq arzu etdi.
Sonra məktəbin şagird və müəllimlərinin ifasında konsert proqramı təqdim edildi. Konsertdə məktəbin “Nəfəsli alətlər orskestri”, nağaraçalanlar ansamblı çıxış etdi.