Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində bayram şənliyi

16.03.2019

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində Novruz bayramının gəlişi münasibəti ilə şənlik keçirildi. İncəsənət məktəbinin qarşısındakı sahə bayramsayağı bəzədilmişdir. Məktəbin direktoru Ramail Atayev şənliyə toplaşan müəllim və şagirdləri, valideynləri, ərazi sakinlərini salamladı. Sonra şənlik iştirakçılarına maraqlı bayram konserti təqdim olundu. Konsertdə məktəbin “Gəncə qönçələri” mahnı və rəqs ansamblı, sazçalanlar ansamblının, eləcə də Novruz personajları Kosa və Keçəlin çıxışları maraqla qarşılandı. Şənlikdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından səhnəciklər ifa olundu.