Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Azərbaycan-Türkiyə Xalq Rəqsləri nümayişi

17.03.2019

Novruz bayramı münasibəti ilə Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Bakı Yunus Emre İnstitutunun, TİKA Bakı Proqram Koordinatorluğunun, Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Novruz bayramında Azərbaycan-Türkiyə Xalq Rəqsləri Nümayişi” keçirilib. Nümayişdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Vəfa Abbasova, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, ziyalılar və şəhər ictimaiyyəti iştirak edib. Tədbirdə çıxış edən Zeki Öztürk Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, “Xalq rəqslərimiz keçmişdən bizə qalan miras, milli mənəvi dəyərlərimizdən biridir. Bu günkü tədbirdə zəngin ortaq mirasımız olan xalq rəqsləri Ulu Öndər Heydər Əliyevin söylədiyi “bir millət iki dövlət” olan Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da genişlənməsinə səbəb olacaqdır”. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Vəfa Abbasova tədbir iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamladı və bu tədbirin ərsəyə gəlməsinin kökündə Azərbaycan və Türkiyə arasında olan dost münasibətlər durur. Arzu edək ki, bu dostluq həmişə yaşasın və gələcəkdə bütün sahələrdə olan əməkdaşlığımız daha da artaraq inkişaf etsin”. Tədbirdə 13 nəfərdən ibarət olan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Türk Xalq Oyunları və F. Əmirov adına Rəqs Ansamblının kollektivi Novruz Bayramı proqramında eyni səhnəni paylaşaraq iki ölkə arasındakı səmimi əlaqələrin daha da güclənməsinə töhfə verib. Hər iki ölkənin rəqqaslarının nümayiş etdirdikləri zəngin repertuarlar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.