Naftalan şəhər uşaq musiqi məktəbində Novruz bayramı münasibətilə tədbir keçirildi.
İlk öncə məktəbin direktoru Almaz Əliyeva tədbiri açıq elan edərək iştirak edən valideyinləri və məktəb kollektivini bayram münasibətilə təbrik etdi. Konsertdə Azərbaycan xalq mahnı və rəqsləri, müxtəlif alətlərdə fərdi ifalar, məktəbin xor kollektivlərinin ifasında bayrama aid mahnılar, hakıştalar, səsləndirildi.
Tədbirin sonunda Kosa və Keçəlin yumoristik səhnəciyi dinləyicilərdə şənlik iştirakçılarına xüsusi bayram əhval-ruhiyyəsi bəxş etdi.