Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə paxlavası

15.03.2019

Gəncə şəhəri Mədəniyyət Mərkəzində 15.03.2019-ci il tarixində “Gəncə paxlavasının “hazırlanması və təbliği mövzusunda söhbət, “Elimizə, yurdumuza bahar gəlir” mövzusunda əbədi- bədii kompozisiya keçirildi .Paxlavanın bişirilməsində 3 saylı kitabxananın işçiləri , filialların işçiləri və ərazidə yaşayan qadınlar iştirak etdilər. Ərazi sakini Abbasova Günel söylədi ki,”Gəncə paxlavası “ta qədimdən bu günə kimi hazırlanan milli şirniyyatımızdır. Bayram günləri qız gəlinlər bir yerə yığışaraq ,milli şirniyyatımız olan”Gəncə paxlavasını” hazirlayarlar.Ədəbi –bədii kompozisiyada “İnam” rəqs qrupunun kollektivi, sintizator kursunun tələbələri tədbir iştirakçılarına rəngarəng musiqilər və rəqslər təqdim etdilər.Sonda tonqal alovlandırıldı və hamı tonqal ətrafında yallı getdi.