Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə şəhər Uşaq Musiqi məktəblərinin birləşmiş Xalq Çalğı Alətləri Orkestrinin 45 illiyinə həsr olunmuş maraqlı konsert oldu.
Telman Hacıyev adına Gəncə şəhəri 2 №-li Uşaq Musiqi məktəbinin Xalq Çalğı ALətləri şöbəsinin müəllimi istedadlı tarzən Rafiq İrzayevin bədii rəhbəri və drijoru olduğu Uşaq Musiqi məktəblərinin birləşmiş Xalq Çalğı Alətləri Orkestri bir-birindən maraqlı musiqi nömrələri ifa etdilər.
Proqrama Azərbaycan Xalq və bəstəkar mahnıları ilə yanaşı muğamlardan parçalar daxil edilmişdir. İştirakçılar tərəfindən “Cahangah”, “Bayatı-Şiraz”, “Heyrati”, “Rahab” muğamları ilə yanaşı Niyazinin “Arzu”, Tofiq Quliyevin “Qəmgin mahnı”, Səid Rüstəmovun “Getmə”, xalq mahnısı: “Ay bəri-bax”, xalq rəqsləri; “Birliyant”, “Mərcani” və s. musiqi nömrələrini böyük rəğbətlə qarşıladılar.
Yubiley konserti alqışlarla başa çatdı.