Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixi həqiqətin soyqırımı”

26.02.2019

Kəlbəcər rayon MKS-nin Oruclu kənd kitabxana filialında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Tarixi həqiqətin soyqırımı” adlı xatirə günü keçirildi.

Xocalı soyqırımı qurbanlarının, bütün Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kitabxana filialının əməkdaşı Qətibə Qasımova 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı quldurlarının Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyyətinin köməyi ilə Xocalıda bənzəri olmayan soyqırımı aktının həyata keçirilməsindən danışdı.

Tədbirdə kənd orta məktəbinin şagirdləri Xocalıya aid şeirlər söylədilər. Sonda iştirakçılar kitab sərgisi ilə tanış oldular.