Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dərdimizin qan rəngi – Xocalı”

25.02.2019

Gəncə şəhər MKS-nin Səyyar və Kitabxanalararası Abonement şöbəsi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Dərdimizin qan rəngi – Xocalı” adlı Gəncə şəhər “Kəpəz” hazırlıq kursunda anım günü keçirildi.

Tədbir “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının ümummilli liderı Heydər Əliyevin Sərəncamı ilə açıq elan olundu və bütün tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdi.

Tədbirdə kitab sərgisi, fotoşəkillər və videoçarx nümayişi təşkil olundu, şagirdlərə 40-a yaxın Xocalı faciəsinə və erməni vandalizminə aid tarixi və bədii kitablar nümayiş etdirildi.

Kursun tarix müəllimi Rauf Xəlilov Xocalı faciəsi haqqında geniş məlumat verdi və şagirdlərdə milli vətənpərvərlik, düşmənə nifrət və barışmazlıq, mübarizlik hisslərinin aşılanmasının vacib olduğunu bildirdi.

Şagirdlər nümayiş olunan videoçarxı maraqla izlədilər. KAA və Səyyar şöbənin əməkdaşları Vüsalə Hüseynova və Elnarə Hüseynova bu kitablar haqqında şagird və müəllim heyətinə geniş məlumat verdilər.