25.02.2019
Gəncə şəhər MKS-nin Uşaq şöbəsində Xocalı soyqırımın 27-ci ildönümünə həsr olunmuş “Yaddaşlardan intiqam silinməsin” adlı anım günü keçirildi.
İlk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, yaxın tariximizin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi olaraq həkk olunmuşdur. Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə qəlbində yaşadır. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu.
Tədbirdə iştirak edən 27 saylı məktəb-liseyin ibtidai sinif müəlliməsi Sevil Verdiyeva, Azərbaycan xalqına qarşı keçirilən misli görünməmiş bu faciənin, əslində etnik azərbaycanlılara qarşı törədilmiş bir soyqırım olduğunu söylədi.
Anım günündə şagirdlər Xocalı faciəsinə, vətənə həsr olunmuş şeirlər səsləndirdilər, “Xocalı harayı” kompozisiyası ilə çıxış etdilər.
Tədbirdə faciəyə həsr olunmuş video-çarx nümayiş olundu. Sonda iştirakçılar fotostend və kitab sərgisi ilə tanış oldular.