Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı – qan yaddaşımızdır

25.02.2019

Telman Hacıyev adına Gəncə şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımızdır” adlı anım saatı keçirildi.

Məktəbin direktoru Qahirə Məmmədova çıxış edərək tədbiri açıq elan etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Xocalı soyqırımının qurbanlarının, bütün Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin violin sinfinin şagirdi Aytac Mirzəyeva Xocalı soyqırımı barədə ətraflı məlumat verdi.

Sonra məktəbin şagirdləri musiqinin müşaiəti ilə Xocalıya həsr olunmuş şeirlər söylədilər.