Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı rənglərin dili ilə” rəsm sərgisi nümayiş olundu

26.02.2019

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar rəsm sərgisi nümayiş olundu, ədəbi-bədii kompozisiya təqdim olundu.

Məktəbin direktoru Ramail Atayev çıxış edərək Xocalı faciəsi barədə məlumat verdi.

Faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Məktəbin şagirdlərinin ifasında Xocalı Soyqırımına həsr olunmuş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya təqdim etdilər.

Tədbir iştirakçıları məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxdılar.