26.02.2019
Naftalan şəhər Uşaq Musiqi Məktəbində 26 fevral Xocalı soyqırımı faciəsinin 27-cı ildönümü qeyd edildi. İlk öncə məktəbin direktoru A.Əliyeva tədbiri açıq elan etdi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin şagirdi Aysu Məmmədzadə “Xocalı soyqırımı” haqqında məruzə ilə çıxış etdi.
Daha sonra məktəbin şagirdlərinin hazırladığı “Laylay Xocalım, laylay” adlı ədəbi-bədii kompozisiya dinlənildi.
Tədbirin sonunda 26 fevral “Xocalı soyqırımı” faciəsinə həsr olunmuş film nümayiş etdirildi.