26.02.2019
Gəncə şəhər Heydər Əliyev Mərkəzi MKS-nin 16 saylı kitabxana filialı ilə birlikdə Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar "Vətən ağrısı, torpaq yanğısı" movzusunda xatirə günü və film nümayişi keçirtdi. Tədbirdə Əhməd Cavad adına 2 №-li orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
İlk öncə Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, yaxın tariximizin ən faciəli səhifələrindən olan Xocalı Soyqırımı xalqımızın qan yaddaşına əbədi olaraq həkk olunmuşdur. Xocalı faciəsi zamanı yüzlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş bu qətliam XX əsrin ən dəhşətli faciələrindən biridir.
Ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizlənmə və soyqırımı siyasətinin faciəvi nəticələrindən, Xocalıda əliyalın, dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən danışan kitabxanın müdiri Lyudmila Axundova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" beynəlxalq kompaniyasının bu istiqamətdə çox uğurlu işlərindən bəhs etdi.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva Xocalı Soyqırımı ilə əlaqədar "Xocalı Soyqırımı- xalqımızın qan yaddaşıdır" mövzusunda mühazirə oxudu.
Daha sonra tədbir iştirakçıları Xocalı Soyqırımı haqqında sənədli film izlədilər və kitabxanada təşkil olunmuş sərgi ilə tanış oldular.