Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsi – Türk dünyasının faciəsidir

26.02.2019

N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşunaslıq Muzeyində “Xocalı faciəsi – Türk dünyasının faciəsidir” adlı anım günü keçirildi.

Tədbirdə Gəncə şəhər 27 nömrəli orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Şagirdlər üçün muzeyin soyqırım salonunda mühazirə və ekskursiya təşkil olundu. Onların nəzərinə çatdırıldı ki, 1992-ci ildə ermənilərin öz havadarları ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri ağlasığmaz vəhşiliklər, amansız qətl və işgəncələr təkcə azərbaycanlılar üçün deyil, bütün Türk dünyasına qarşı törədilmiş faciə – soyqırımdır.